"Zirə"nin legioneri Türkiyə klubuna keçə bilər

13:34 - 23 İyun 2025

“Zirə”nin vingeri Salifu Summa daha bir klubun maraq dairəsinə düşüb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qvineyalını “Konyaspor” transfer etməyi planlaşdırır.

Superliqa təmsilçisinin rəsmilərinin “Zirə” ilə danışığa start verdiyi də iddia olunur.

Summanın “Zirə" ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir.

Xəbər xətti