"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Mercato" nəşri məlumat yayıb.
İstanbul klubu Sançoya illik 12 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edib. 25 yaşlı oyunçu bu təklifə isti yanaşır.
"Fənərbaxça" İngiltərə millisinin üzvü üçün "Mançester Yunayted"ə isə 18 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında "Çelsi"nin formasını geyinib.
saytlarin hazirlanmasi