Almaniyanın "Leypziq" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Ole Verner çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı almaniyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ole Vernerin son iş yeri "Verder" olub. O, 27 may tarixində postunu tərk edib.
saytlarin hazirlanmasi