Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.
Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi "Makkabi" (Tel Əviv) ilə müqaviləsi başa çatan Simon Sluqanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuaat xidməti məllumat yayıb.
32 yaşlı xorvatiyalı "əlcək sahibi" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Sabah" "Çelye" ilə ilk oyunu 10 iyul tarixində Bakıda "Bank Respublika Arena"da keçirəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 17-də Sloveniyada baş tutacaq.
saytlarin hazirlanmasi