Türkiyənin "Ankaragücü" klubu Azərbaycan milli komandasının üzvü Həsən Nəzərovla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi U-19 komandasında çıxış edən 18 yaşlı yarımmüdafiəçi ilə peşəkar müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2-ci Liqa təmsilçisi azərbaycanlı futbolçu ilə imzalanan sözləşmənin müddəti və detalları barədə məlumat verməyib.
Qeyd edək ki, Həsən Nəzərov 2023-cü ildə "Ankaragücü"nün akademiyasına qoşulub. Gənc oyunçu ötən ilin yayından əsas komandada çıxış edir.
saytlarin hazirlanmasi