“Sabah” - “Selye” matçının biletləri satışa çıxarıldı

22:01 - 23 İyun 2025

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – "Selye" (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, “Sabah”ın Avropa Liqasının cari mövsümündə ilk oyununu izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər. 

Qarşıdakı günlərdə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq. 

Qeyd edək ki, “Sabah” – "Selye" matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Xəbər xətti