"Qalatasaray"dan ayrılan Fernando Musleranın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, uruqvaylı "əlcək sahibi" karyerasını Argentinada davam etdirəcək.
Muslera "Estudiantes"ə keçib. Bu barədə klubunj mətbuat xidməti məlumat yayıb. La Plata təmsilçisi 39 yaşlı qolkiperlə 2026-cı ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Fernando Muslera 2011-2025-ci illər ərzində "Qalatasaray"da çıxış edib. Təcrübəli qapıçı "sarı-qırmızılar"ın heyətində 551 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi