Bir müddət əvvəl adı "Qarabağ"la hallanan Vensan Abubakar Türkiyədə qala bilər.
Sportal.az xəbər verir ki, Super Liqaya yüksələn "Kocaelispor" kamerunlu hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Yaşıl-qaralar" danışıqlar aparmaq üçün Abubakarı İstanbula dəvət edib. Hazırda azad agent statusunda olan 33 yaşlı forvard bu həftə ərzində "Kocaelispor"la müqavilə şərtlərini müzakirə edəcək.
Qeyd edək ki, Vensan Abubakar ötən mövsüm icarə əsasında "Hatayspor"un formasını geyinib.
saytlarin hazirlanmasi