"Neftçi" qapıçısı ilə müqavilə müddətini artırdı - RƏSMİ

12:17 - 26 İyun 2025

"Neftçi" klubu qapıçısı Emil Balayevlə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, Azərbaycan millisinin heyətində 14 oyun keçirib.

Xəbər xətti