İstanbul klubunun yeni baş məşqçisi açıqlandı

15:39 - 25 İyun 2025

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Şota Arvelaadze çalışdıracaq. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Şota Arveladzenin son iş yeri "Fatih Karagümrük" olub. "Kasımpaşa" isə Burak Yılmazla yollarını ayırıb.

Xəbər xətti