"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrıla bilər.
Sportal.az saytına verilən məlumata görə, Toral Bayramovun Azərbaycan çempionunu tərk etmək ehtimalı var.
24 yaşlı sol cinah müdafiəçisinə Belçika və Polşa klublarının ciddi marağı var. Azərbaycan milli komandasının üzvü təklifləri götür-qoy edir.
Qeyd edək ki, Toral Bayramov ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi