İtaliya millisinin üzvü "Atletiko"nun hədəfində

17:39 - 26 İyun 2025

"Atalanta"nın müdafiəçisi Matteo Ruqqeri karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Atletiko" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Madrid klubu Ruqqerinin keçidini yekunlaşdırmaq üzrədir. 22 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra "Atletiko" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Atalanta" Matteo Ruqqerini 2022-ci ilin yayında "Salernitana"dan transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol ötürməsi elə yadda qalıb.

Xəbər xətti