Xabi Alonso: "Yuventus"a qarşı matç çətin olacaq"

10:49 - 27 İyun 2025

"Real"ın(Madrid) baş məşqçisi Xabi Alonso Klublararası dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqları haqda danışıb.

Sportal.az FİFA-ya istinadən xəbər verir ki, İspaniya nəhənginin çalışdırıcısı 1/8 finalda “Yuventus”la görüşün çətin keçəcəyini bildirib:

"Zaltsburq”la görüşdəki oyunumuzdan və nəticəmizdən razıyıq. Qrupdan birinci yerlə çıxdıq və mübarizəmizi davam etdiririk.“Yuventus” Avropanın tarixi klublarından biridir. Onların yaxşı komandası var və matç həqiqətən çətin olacaq”.

Qeyd edək ki, "Real" -  "Yuventus” matçı iyulun 1-də keçiriləcək.

Xəbər xətti