"Transferlər zamanında edilsə və uğurlu çıxsa, "Qarabağ" ÇL-də əsas mərhələyə qədər irəliləyə bilər"

10:47 - 30 İyun 2025

"Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev Sportal.az saytına açıqlama verib. 

O, komandadan ayrılan futbolçular haqda  fikirlərini bildirib: "Komandadan gedənlərin hər biri "Qarabağ"da yaxşı oyunlar göstəriblər. Hamısı da komanda üçün vacib oyunçular idi. Amma fikrimcə, Yassin Benzia indi də komandaya lazım ola biləcək futbolçu idi. Müsahibələrini də oxuyurdum, öz çıxışlarından da görünürdü ki, "Qarabağ"da qalmaq ehtimalı var. Deyəsən, razılaşa bilməyiblər. Fikrimcə, Benzia komandaya bu sezon daha çox lazım ola bilərdi".
 
Əliyevin fikrincə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" avrokuboklarda uğurlu çıxış edə biləcək: "Ola bilər ki, komanda son mövsümdə Avropa Liqasında o qədər uğurlu olmamışdı. Amma hiss olunur ki, komanda bu dəfə daha ciddi yanaşır. Transferlər də məncə zamanında edilsə, transferlər uğurlu çıxsa, "Qarabağ" Çempionlar Liqasnda əsas mərhələyə qədər irəliləyə bilər. Bu komandada bir sistem var, gələnlər də həmin sistemə tez uyğunlaşsa, onlar yenə də uğurları ilə Azərbaycan xalqını sevindirəcək. "Qarabağ"a uğurlar arzulayıram".

Mirbağırağa

Xəbər xətti