Azərbaycan milli komandasının və “Polessye”nin üzvü Emil Mustafayev yeni mövsümlə bağlı qərarını verməyib.
Sportal.az saytına verilən məlumata görə, 22 yaşlı futbolçuya bir çox klublardan təkliflər gəlib.
Ukrayna Premyer Liqasında yarışan klublarla yanaşı, onun Macarıstan, Azərbaycan və Türkiyədən təklifləri var. Lakin Mustafayevin özünün yeni mövsümə “Polessye”də başlamağa daha müsbət yanaşdığı bildirilir.
Emilin “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, qışdan sonra “Çernomorets”də icarə əsasında çıxış edib. Milli oyunçu “Aleksandriya”nın yetirməsidir.