İngiltərəli müdafiəçi "Milan"da qalmadı

17:55 - 28 İyun 2025

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Kayl Uolkerlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" ingiltərəli futbolçunun transfer hüququna yiyələnməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı sağ cinah müdafiəçisi müqavilə ilə məxsus olduğu "Mançester Siti"yə qayıdacaq.

Qeyd edək ki, "Milan" Kayl Uolkeri bu ilin yanvar ayında icarəyə götürmüşdü. Təcrübəli oyunçu A Seriyası təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti