"Real"ın müdafiəçisi 1 ay oynaya bilməyəcək

22:43 - 27 İyun 2025

David Alaba növbəti dəfə zədələnib.

Sportal.az xəbər verir ki, "Real" rəsmi olaraq avstriyalı müdafiəçinin sol ayağının baldır əzələsində zədə aşkarlandığını elan edib.

Alaba təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Alaba ötən La Liqa mövsümündə cəmi 7 oyun, ondan əvvəlki mövsümdə isə 14 oyun keçirə bilmişdi.

Xəbər xətti