Müdafiəçi Nikolas Otamendi "Benfika" ilə müqaviləsini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı argentinalı futbolçunun yeni müqaviləsi 2026-cı ilə qədər qüvvədə olacaq.
Otamendi 2024/25 mövsümündə "Benfika"nın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Təcrübəli müdafiəçi 2020-ci ildən "Benfika"da çıxış edir. Bu müddət ərzində komanda ilə birlikdə 2022/23 mövsümündə Portuqaliya çempionu, 2023-cü ildə Superkubok qalibi və 2024/25 mövsümündə Portuqaliya Liqa Kubokunun qalibi olub.
saytlarin hazirlanmasi