A Seriyası təmsilçisinin yeni baş məşqçisi bəlli oldu

15:37 - 27 İyun 2025

İtaliya A Seriyasına yüksələn "Piza"nın yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, "mavi-qaralar"ı Alberto Cilardino çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki,  "Piza"nın baş məşqçisi Filippo İnzagi bir neçə  gün öncə istafa verib. Cilardinonun son iş yeri isə "Cenoa" olub.

Xəbər xətti