“Borussiya” Ceymi Gittensi satmağa razı olub.
Sportal.az xəbər verir ki, "RMC Sport"un məlumatına görə, “Çelsi” Dortmund klubu ilə vingerin transferi barədə razılıq əldə edib. 20 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra “zadəganlar”la 7 illik müqavilə imzalayacaq.
Daha əvvəl bildirilirdi ki, “Borussiya” ingilis futbolçu üçün bonuslarla birlikdə 65 milyon avro tələb edir.
Ötən mövsüm Gittens Bundesliqada 32 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi