"Red Bull" şirkətinin futbol bölməsinin rəhbəri Yurgen Klopp Florian Virtsin "Lİverpul"a transferi barədə danışıb. İngilislər “Bayer”in yarımmüdafiəçisini 100+16 milyon funt-sterlinqə transfer ediblər.
Sportal.az xəbər verir ki, “Liverpul”un sabiq baş məşqçisi Klopp “Welt”ə müsahibəsində maraqlı fikirlər səsləndirib:
"Şübhəsiz ki, bu, dəli bir məbləğdir və əgər ilk iki-üç oyunda işlər yaxşı getməzsə, “Liverpul”un istənilən futbolçusu bunun fərqində olacaq.
Hamı razıdır ki, söhbət qeyri-adi bir futbolçudan gedir. Yadımdadır, bir dəfə demişdim ki, əgər bir oyunçuya 100 milyon avro ödəsək, komandadan gedəcəyəm. Amma dünya dəyişir. İndiki bazar belədir.
O, istənilən kluba xüsusi bir şey qatmağa qadir olan istedadlı futbolçudur. Sadəcə görmək qalır ki, o, İngiltərə çempionunu daha da güclü edə biləcəkmi?".
saytlarin hazirlanmasi