Fatih Terimlə yollarını ayıran "Əl-Şəbab"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini İmanol Alquasil çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl-Şəbab" 54 yaşlı ispaniyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, İmanol Alquasilin son iş yeri "Real Sosyedad" olub.
saytlarin hazirlanmasi