"Napoli"nin müdafiəçisi Rafa Marin karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Vilyarreal" ispaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məllumat yayıb.
23 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünü "Vilyarreal"da keçirəcək. La Liqa klubu 15 milyon avro ödəməklə oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Napoli" Rafa Marini 2024-cü ilin yayında "Real"dan transfer edib. İspaniya U-21 millisinin sabiq üzvü Neapol təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi