"Sautqempton"un futbolçusu Kamal Sulemana “Atalanta”ya transfer olunub.
Sportal.az xəbər verir ki, Berqamo təmsilçisi 23 yaşlı vingerin “Sautgempton”dan transfer olunduğunu rəsmən açıqlayıb.
Məlumata görə, Sulemana ilə müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub və əlavə 1 il uzadılma opsiyası da var. Transferin ümumi dəyəri 17,5 milyon avrodur – bu məbləğ “Atalanta” tərəfindən 5 illik hissələrlə ödəniləcək. Əlavə olaraq 4 milyon avro bonus şəklində ödənilə bilər. “Sautqempton” oyunçunun sonrakı satışından 15% pay almaq hüququna malik olacaq.
Qeyd ed'k ki, geridə qalan 2024/25 mövsümündə Sulemana bütün turnirlərdə 30 oyuna çıxıb, 2 qol və 3 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi