"Sabah" Fransa klubundan ayrılan futbolçu ilə anlaşdı

09:56 - 1 İyul 2025

“Sabah” heyətini gücləndirməyə davam edir.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin növbəti transferi Zinedin Uld Xaled olacaq.

Azərbaycan kubokunun sahibi artıq yarımmüdafiəçi ilə bütün detallarda razılıq əldə edib.

25 yaşlı fransız 2020-ci ildən “Anje” klubunda çıxış edirdi.

Onun Fransa klubu ilə müqaviləsi dünən başa çatıb və hazırda azad agent statusunu daşıyır.

Xəbər xətti