"Qalatasaray"dan "Samsunspor"a

14:48 - 29 İyun 2025

"Qalatasaray"ın futbolçusu Kerem Demirbay yeni sezona fərqli komandada başlaya bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunda az-az oynayan alman futbolçu özü də komandanı tərk etmək niyyətindədir.

"Samsunspor" Kerem üçün danışıqlara start verib. Qaradəniz təmsilçisi 31 yaşlı futbolçunun keçidini həll etmək niyyətindədir.

Keremin "Qalatasaray"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti