Belçikalı futbolçu "Atletiko"dan getdi - RƏSMİ

21:21 - 30 İyun 2025

"Atletiko" müqaviləsi başa çatan Aksel Vitsellə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi belçikalı yarımmüdafiəçi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub 36 yaşlı futbolçuya yeni sözləşmə təklif etməyib.

Qeyd edək ki, 2022-ci ilin yayından "Atletiko"da çıxış edirdi. Belçika millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti