Ötən ilin noyabrında ön çarpaz bağlarından ciddi zədə alan Eder Militao "Real"ın növbəti oyununda meydana çıxa bilər.
Sportal.az xəbər verir ki, Madrid klubunun müdafiəçisi iyun ayının əvvəli komanda ilə birlikdə məşqlərə qayıdıb. Hazırda braziliyalı futbolçu "Real"la birlikdə ABŞ-da keçirilən Klub Dünya Çempionatındadır.
"Marca" nəşrinin məlumatına görə, Militao sabah "Yuventus"a qarşı 1/8 final matçında oynamaq üçün şans qazanmağa ümid edir. Gələcəkdə isə əsas heyətə qayıtmaq istəyir.
saytlarin hazirlanmasi