Rəşad Sadıqov: "Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi"

21:32 - 30 İyun 2025

"Zirə" bu gün yoxlama oyununda "Qarabağ"a 0:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçla bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb:

“İlk yoxlama oyunumuz idi. Birinci matçımız olduğunu nəzərə alsaq, futbolçularımızdan razı qaldıq. Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi. Hazırda əsas məqsədimiz qarşıdakı Türkiyə toplanışında keçirəcəyimiz oyunlarda daha yaxşı çıxış edib, formamızı yüksəltmək və ideal vəziyyətdə olmaqdı”.

Xəbər xətti