Duşan Vlahoviç Səudiyyə Ərəbistanına getmək istəməyib.
Sportal.az xəbər verir ki, "TuttoMercatoWeb"in məlumatına görə, "Əl-Əhli" serbiyalı hücumçuya illik 20 milyon avro maaş və 2028-ci ilə qədər müqavilə təklif edib. Lakin Vlahoviç bu təklifi rədd edib.
Qeyd olunur ki, "Yuventus" rəhbərliyi hücumçu ilə yollarını ayırmaq istəyir. Duşanın müqaviləsi 2026-cı ildə başa çatır və o, müqaviləni uzatmağı düşünmür, amma eyni zamanda klubdan ayrılmaq da istəmir. Bu da "Yuventus"un transfer bazarındakı fəaliyyətini çətinləşdirir.
"Yuventus" hazırda "Lill"i azad agent kimi tərk edən Conatan Devidi transfer etmək istəyir. Bu transferi reallaşdırmaq üçün klubun Duqlas Luis və Nikolas Qonsaleslə vidalaşması lazım gələ bilər.
saytlarin hazirlanmasi