"Sabah"ın rəqibi hücum xəttini gücləndirdi - RƏSMİ

15:16 - 1 İyul 2025

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi "Dalyan Kun Siti"dən (Çin) ayrılan Andrey Kotniklə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı sloveniyalı hücumameyilli yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" "Çelye" ilə ilk oyunun iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı isə 1 həftə sonra Sloveniyada baş tutacaq.

Xəbər xətti