"Çelsi"ni "Arsenal"a dəyişdi - RƏSMİ

18:37 - 1 İyul 2025

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa Londonda klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Arsenal" ispaniyalı qolkiperi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Topçular" 30 yaşlı "əlcək sahibi" üçün onun klubuna 5 milyon funt-sterlinq təzminat ödəyib.

Qeyd edək ki, Kepa Arrisabalaqa ötən mövsüm icarə əsasında "Bornmut"un formasını geyinib.

Xəbər xətti