Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi "Nafta 1903"dən ayrılan Darko Hrka ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sloveniyalı dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sabah" "Çelye" ilə ilk oyunun iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı isə 1 həftə sonra Sloveniyada baş tutacaq.
saytlarin hazirlanmasi