Yann Zommer “Qalatasaray”ın maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “İnter”in qapıçısı Türkiyə klubunun yeni qapıçısı vəzifəsinə namizədlərdən biridir.
Lakin “Qalatasaray” bir neçə alternativ üzərində də düşünür. Hazırda nə Zommerə, nə də “İnter”ə rəsmi təklif göndərilməyib.
Ötən mövsüm isveçrəli qolkiper A Seriyasında 33 oyun keçirib və onlardan 13-də qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi