Birinci Liqa klubu 7 futbolçu ilə yollarını ayırdı - RƏSMİ

12:58 - 3 İyul 2025

"Şəfa" 7 futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vaqif Şirinbəyov, Tural Nərimanov, Güləli Mehraliyev, Bəxtiyar Soltanov, Ülvi Quliyev, Rauf Məhərrəmov və Muhamməd Məmmədovun başa çatan müqavilələri yenilənməyib.

Qeyd edək ki, II Liqada çıxış edən "Şəfa" ötən mövsüm 2-ci yeri qazanaraq I Liqaya yüksəlib.

Xəbər xətti