"Milan"dan isveçrəli futbolçuya 33 milyon avroluq təklif

01:05 - 2 İyul 2025

"Milan" Ardon Yaşari üçün 33 milyon avro və əlavə olaraq 5 milyon avro bonus təklif edib.

Sportal.az xəbər verir ki, daha əvvəl italiyalılar bonuslar olmadan sabit 30 milyon avro təklif etmişdilər.

22 yaşlı dayaq yarımmüdafiəçi daha əvvəl "Brügge" klubuna "Milan"a keçmək istədiyini bildirib.

Geridə qalan mövsümdə Yaşari bütün turnirlərdə 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti