"Mənimlə maraqlandıqlarını bildikdən sonra prioritetim bu kluba keçmək oldu" - "Neftçi"nin yeni transferi

13:48 - 4 İyul 2025

“Neftçi”nin yeni transferi Murad Xaçayev Sportal.az saytına açıqlama verib.

O, “ağ-qaralar”la müqavilə imzalamasından bəhs edib:

“Mövsüm başa çatdıqdan sonra “Neftçi” mənə təklif göndərmişdi. Danışıqlar getdi. Sonda da razılıq əldə olundu və “Neftçi” ilə müqavilə imzaladım. “Neftçi” “flaqman”dır, böyük tarixi olan klubdur. “Neftçi”nin mənimlə maraqlandığını bildikdən sonra prioritetim bu kluba keçmək oldu. Transferin reallaşmasına görə şadam”.

Xaçayev komandanın məşqlərindən söhbət açıb: “Məşqlərimiz davam edir. Artıq neçə gündür ki, komanda ilə birlikdəyəm. Uşaqlar da məni yaxşı qəbul etdi, atmosfer super idi. Yeni mövsümə hazırlaşırıq”.

Qeyd edək ki, "Neftçi" 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb. 

Xəbər xətti