"Legiya"nın baş məşqçisi "Sabah"ın istədiyi futbolçu haqda: "Onu itirmək istəmirəm"

15:22 - 6 İyul 2025

"Legiya"nın baş məşqçisi Edvard Yordanesku portuqaliyalı yarımmüdafiəçi Klod Qonkalveşin "Sabah"a keçmək ehtimalına münasibət bildirib.

Sportal.az xəbər verir ki, "legia.net" portalına danışan rumın mütəxəssis Klodun komanda üçün önənli futbolçu olduğunu xüsusi vurğulayıb: 

"O, həm mənim, həm də "Legiya" üçün çox vacib oyunçudur. Klodu itirmək istəmirəm. Bunu hər kəs eşitsin. O da daxil olmaqla.. Tam səmimi deyirəm. Mən Klodu itirməyə razı ola bilmərəm. Zəhmət olmasa, bu sözləri ona çatdırın".

Xatırladaq ki, “Sabah”ın 31 yaşlı yarımmüdafiəçi ilə danışıq apardığı haqda məlumat vermişdik.
 

Xəbər xətti