"Qalatasaray" istəyirdi, İngiltərə klubu ilə müqavilə imzaladı

19:19 - 16 İyul 2025

"Çelsi"nin qapıçısı Corce Petroviç Premyer Liqada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın transfer etmək istədiyi serbiyalı qolkiper "Bornmut"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bornmut" Petroviç üçün "Çelsi"yə 29 milyon avro təzminat ödəyib. 25 yaşlı"əlcək sahibi" ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Corce Petroviç ötən mövsüm icarə əsasında"Strasburq"un formasını geyinib.

Xəbər xətti