"Kayzerslautern”in azərbaycanlı hücumçusu Mahir Emreli İngiltərənin “Nots Kaunti” ilə yoldaşlıq oyununda zədələnib.
Sportal.az xəbər verir ki, həmin matçdan sonra artıq neçə gündür məşqlərə qatılmır. Lakin futbolçu zədəsini sağaldıb.
"Nots Kaunti" ilə görüşdə zədəyə səbəb isə rəqibin əsassız olaraq kobud oyunu olub və bu, hətta iki komandanın futbolçuları arasında əlbəyaxa davaya da gətirib çıxarıb.
Həkimlər ciddi zədə aşkar etməsələr də, Emrelinin ayağındakı ağrı hiss olunduğu üçün hazırlıqdan uzaq düşmüşdü. 27 yaşlı ayağında diskomfort hiss etdiyi üçün məşqlərə qoşulmayıb. Onun sabahkı məşqdə iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, "Kayzerslautern" "Nots Kaunti"ni 4:0 məğlub edib və qollardan birinə də Mahir Emreli imza atıb.
saytlarin hazirlanmasi