Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün daha bir oyun keçirəcək.
“Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.
saytlarin hazirlanmasi