Azərbaycanlı boksçu Portuqaliyada qızıl medal qazandı

09:34 - 14 İyul 2025

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, 75 kq çəkidə mübarizə aparan milli üzvü Braqada beynəlxalq turnirin qalibi olub.

Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.

O, finalda bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.

Xəbər xətti