Sloveniyanın "Çelye" klubunun hücumçusu Franko Kovaçeviç Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Masazırda “Sabah" üzərində qazandıqları qələbə (3:2) ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az “24ur.com”a istinadən xəbər verir ki, Kovaçeviç Bakıdakı görüş haqda bunları deyib:
“Biz layiqli qalib gəldik. "Sabah" keyfiyyətli rəqib olduğunu göstərdi. Amma komandamız əsas məqamlarda əsl xarakter nümayiş etdirdi. Böyük komandalar belə qalib gəlir”.
saytlarin hazirlanmasi