Elmar Baxşıyev: "Komandanın apardığı mübarizədən narazı qalmadım"

22:12 - 14 İyul 2025

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən “Konyaspor”la oyunu (1:2) şərh edib.

Sportal.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:

“Bu oyun əvvəldən planda yox idi. İki gün əvvəl qərar verdik ki, “Konyaspor”la qarşılaşaq. Üç gün əvvəl isə “Alanyaspor”la gücümüzü sınadıq. 3 gün ərzində Super Liqanın iki klubu ilə qarşılaşmaq ağır olsa da, meydana çıxan futbolçular yaxşı iş görməyə çalışdılar. Xüsusilə də müdafiə xəttində dəyişikliklər etmişdik. Müxtəlif variantları yoxlamaq istədik.

Səhvlərimiz oldu və rəqib də bundan istifadə etdi. Əlbəttə, yoxlama oyununda nəticə yox, futbolçuların meydanda gördüyü, etdiyi işlər vacibdir. Məğlub olsaq da, komandamın apardığı mübarizədən, göstərdiyi oyundan narazı qalmadım. Məşqlərdə göstərilənləri reallaşdırmağa çalışırlar. Ancaq düzəltməli olduğumuz elementlər var ki, bunu düzəltmək üçün məşqlərdə çox işləməliyik”.

Xəbər xətti