"İmişli" üçün daha iki rəqib

18:22 - 14 İyul 2025

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "İmişli"nin yoxlama oyunları üçün daha iki rəqibi məlum olub.

Sportal.az xəbər verir ki, komanda iyulun 19-da "Araz-Naxçıvan-2", iyulun 23-də isə "Sumqayıt"la qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "İmişli" təlim-məşq toplanışına iyulun 7-də start verib. 

Xəbər xətti