"Fənərbaxça"nın ulduz futbolçusu zədələndi

23:54 - 13 İyul 2025

"Fənərbağça"nın braziliyalı futbolçusu Anderson Taliska zədələnib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Karagümrük”lə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyununda arxa əzələsindən xəsarət alıb.

Braziliyalı oyunçunun müalicəsinə artıq başlanılıb. Zədənin nə qədər ciddi olduğu barədə əlavə məlumat verilməyib.

Xəbər xətti