ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:49 - 16 İyul 2025

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab matçlarına yekun vurulacaq.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

"Qarabağ"ın II təsnifatdakı rəqibi də bugünkü matçlardan sonra bilinəcək.

"Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) cütünün qalibi Ağdam təmsilçisinə rəqib olacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları

16 iyul

22:45 "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun 0:1

22:45 "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya)
İlk oyun 0:1

Xəbər xətti