Bir müddət əvvəl "Qarabağ"a keçəcəyi iddia edilən Duşan Tadiç karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az Serbiya mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça"dan ayrıldıqdan sonra adı Ağdam klubu ilə hallanan təcrübəli futbolçu "Atletiko" ilə razılaşıb.
Madrid təmsilçisi onunla 1 illik müqavilə imzalayacaq.
Tadiçin İspaniyaya yollanaraq rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
saytlarin hazirlanmasi