"Karvan"ın yeni baş məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, Yevlax təmsilçisini Azər Həşimov çalışdıracaq.
Onun köməkçiləri də açıqlanıb. Mütəxəssisə Zaur Hacıyev (köməkçi məşqçi) və Hüseyn Məhəmmədov (qapıçı məşqçisi) kömək edəcəklər.
Həşimov futbolçu karyerasında da "Karvan"ın formasını geyinib. Onun baş məşqçilik etdiyi son klub isə "Qaradağ Lökbatan" olub.