"Qarabağ"ın yeni anlaşdığı oyunçu Bakıya gəldi - SON DƏQİQƏ

11:34 - 17 İyul 2025

“Qarabağ” növbəti transfer çalışmasını yekunlaşdırıb.

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, Azərbaycan çempionu Semmi Mmae ilə anlaşıb.

Zaqreb “Dinamo”sunun stopperi artıq Bakıdadır. Mərakeş əsilli belçikalı bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda bir problem aşkarlanmasa, günün ikinci yarısında rəsmi açıqlama veriləcək.

28 yaşlı mərkəz müdafiəçisi ötən yay “Dinamo”ya Macarıstan “Ferentsvaroş”undan azd agent kimi keçib. “Gent”in yetirməsi Belçikada həmçinin “Standard” və “Sent Trüden”in şərəfini qoruyub. Niderland “Maatstrixt”ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.

Mmae artıq bir dəfə Bakıda olub. O, 2022-ci il avqustun 3-də “Qarabağ”ın “Ferentsvaroş”la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb.

Xəbər xətti